Gömrük Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Gömrük Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndərin zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən bəhs edib. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu Ümummili Lider Heydər Əliyev bütün sahələrdə ölkəmizin davamlı inkişaf strategiyasını müəyyənləşdirib, onun düşünülmüş, uzaqgörən siyasəti nəticəsində respublikamız regionun lider dövlətinə, dünya birliyinin etibarlı üzvünə çevrilib.
O da qeyd olunub ki, dahi rəhbərin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği onun ideyalarının yaşadılması və ölkəmizin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra Akademiya tələbələrinin “Heydər Əliyev və Azərbaycanın hüquq siyasəti”, “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzularında çıxışları dinlənilib.
Tədbir bədii kompozisiya ilə davam edib.