Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub
Ulu Öndərin 100 illiyi münasibətilə tədbir təşkil olunub
Mayın 10-da Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti Azərbaycanın inkişafı və çiçəklənməsindəki misilsiz rolundan danışan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov Ulu Öndərin zəngin dövlətçilik irsi, eləcə də gömrük sisteminin inkişafı və formalaşması istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edib.
Həmçinin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını, keyfiyyətcə yeni müstəvidə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi