Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün mühazirə təşkil edilib
Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün mühazirə təşkil edilib
Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun kursantları, magistrantları və gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda mühazirə təşkil edilib.
Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin şöbə rəisi Fuad Məmmədov gömrük rəsmiləşdirilməsi istiqaməti üzrə Azərbaycan Respublikası gömrük orqanlarının fiskal funksiyasının həyata keçirilməsi sahəsində təcrübəsini özbəkistanlı həmkarları ilə bölüşüb. Tədbirdə mövzu üzrə təqdimat nümayiş etdirilib.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi