Çempionatın qalibləri ilə görüş keçirilib
Çempionatın qalibləri ilə görüş keçirilib
Xəbər verdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş gömrük orqanları arasında futzal idman növü üzrə keçirilən ənənəvi çempionatda Naxçıvan Baş Gömrük İdarəsinin komandası qalib gələrək birinci pillənin sahibi olub.
Mayın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov qalib komandanın üzvləri ilə görüşüb.
Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndərin həyata keçirdiyi idman siyasəti bu sahənin inkişafında, gənc nəslin sağlam ruhda tərbiyə edilməsində mühüm rol oynayıb. Uğurla davam etdirilən bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın idman arenalarında öz sözünü deyir.
Görüşdə, həmçinin gömrük əməkdaşları arasında keçirilən futzal idman növü üzrə çempionatın idmanın təbliği, bu sahəyə gənclərin marağının artırılması baxımından əhəmiyyəti vurğulanıb, eləcə də qalib Naxçıvan Baş Gömrük İdarəsinin komandasının mübarizəsi, əzmkarlığı yüksək qiymətləndirilib.
Sonda Komitə sədri çempion komandanın üzvlərinə təbriklərini çatdırıb, iştirak edəcəkləri növbəti yarışlarda, həmçinin gələcək iş fəaliyyətlərində uğurlar arzulayıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi