Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində səmərəli əməkdaşlıqdan məmnunluqla söhbət açılıb.

Eyni zamanda gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirilməsinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə zəmin yaratdığı bildirilib.

Sonra Azərbaycan və Gürcüstan arasında mövcud sazişə əsasən in­şası nəzərdə tutulan “İpək yolu” - “Ab­reşumis Qza” gömrük postunun layihəsi ilə bağlı müzakirələr aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 May 2023 18:10
195