Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi “TEKNOFEST - 2023” Festivalının qalibi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi “TEKNOFEST - 2023” Festivalının qalibi olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi “TEKNOFEST - 2023” Aerokosmik və Texnologiya Festivalının qalibi olub.

"TEKNOFEST-2023" Aviasiya, Kosmos və Texnologiya Festivalında Akademiyanın "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Orxan Cabbarzadənin də yer aldığı Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası İnsanlıq Yararına Texnologiya Müsabiqəsi Fəlakətlərin İdarəedilməsi Kateqoriyası Universitet və Yuxarı Səviyyə üzrə 3-cü yerə layiq görülüb.

“Ejder Drones” komandasının hazırladığı pilotsuz uçuş aparatı zəlzələ, yanğın və sel kimi fəlakətlərdə insanların və heyvanların sağlam və sürətli xilas edilməsinə yönəlib.

Belə ki, pilotsuz uçuş aparatı üzərində olan görüntü emal sistemi ilə havadan yerdəki canlıların axtarışına başlayır. Axtarış və skan fəaliyyətləri nəticəsində müəyyən edilən insan və heyvanların koordinatları müvafiq qurum və şəxslərə ötürülür. Həmçinin uçuş aparatı yardım gələnə qədər yaşam fəaliyyətlərini davam etdirə bilmələri üçün lazımi qidaların olduğu “həyati paket”i aşkar edilən insan və heyvanların yanına buraxaraq qısa müddətdə əsas ehtiyaclarının qarşılanmasına dəstək olur və onlara yardım qrupunun gəlməkdə olduğunu səsli şəkildə bildirir. Bununla yanaşı, sel və bənzəri fəlakətlərdə şişmə qayıq, yanğın zamanı isə “əjdaha nəfəsi” adlandırılan yanğınsöndürmə toplarını atmaqla həm insanların həyatını xilas edir, həm də fəlakətlərin irəliləməsinin qarşısını ala biləcək fəaliyyətlər həyata keçirir.

24 May 2023 13:11
195