Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ali təhsil müəssisələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə intellektual oyun keçirilib

Ali təhsil müəssisələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə intellektual oyun keçirilib

Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “NHN”+ “Brain ring” formatında keçirilən intellektual yarışda Dövlət Gömrük Komitəsinin Akademiyası fəal iştirak edib.

Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən söz açaraq  yarışın əhəmiyyətindən bəhs ediblər.

Bakı şəhərinin 11 ali təhsil müəssisəsi arasında maraqlı və gərgin mübarizə şəraitində reallaşan yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdırıb və II yerə layiq görülüb.

Həmçinin intellektual oyunda Dövlət İdarəçilik Akademiyasının komandası I, ADA Universitetinin komandası isə III yeri tutub.

Sonda qalib komandalara medallar, diplomlar və kubok, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

25 May 2023 09:15
195