Sahibkarlarla görüş keçirilib
Sahibkarlarla görüş keçirilib
Mayın 25-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər.
Palatanın üzvü olan 30 şirkətin 50-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Komitənin son dövrlərdə reallaşdırdığı layihələr, həmçinin gömrük dəyəri ilə bağlı yeniliklər müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən gömrük dəyəri ilə bağlı təqdimat nümayiş etdirilib, bu istiqamətdə həyata keçirilən yeniliklər, qabaqcıl beynəlxalq təcrübələr barədə sahibkarlıq subyektlərinə məlumat verilib.
Həmçinin “Elektron hesab səhifəsi” xidməti, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb, AmCham-ın üzvlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi