Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri Qlobal DTC-nin baş direktoru ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Qlobal DTC-nin baş direktoru ilə görüşüb

Mayın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qlobal DTC-nin (Rəqəmsal Ticarət Dəhlizi) baş direktoru, Sinqapur üzrə proqram təminatçısı və operatoru Vi Tanla görüşüb.

Görüşdə multimodal yüklərin daşınması prosesində məlumatların rəqəmsal transformasiyasının həyata keçirilməsi, sənəd dövriyyəsinin optimallaşdırılması, bu sahədə mövcud qabaqcıl təcrübələrin paylaşılması, əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi və Vahid Tranzit Portalı barədə ətraflı məlumat verilib, yük axınlarının səmərəli şəkildə idarə olunması, elektron məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 May 2023 19:45
195