Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib

Mayın 30-da Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük sistemində uzun illər fəaliyyətlərinə görə təşəkkürünü bildirib, keçdikləri xidmət yolunun və təcrübələrinin gənc əməkdaşlara ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıb, onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulayıb.

Təqaüdə çıxan gömrük əməkdaşları - Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı və Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev onlara göstərilən diqqət üçün təşəkkürlərini bildirib, uzun illər gömrük orqanlarında fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

30 May 2023 17:00
195