Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 31-də Dövlət Gömrük Komitəsində Dünya Bankının Ticarətin asanlaşdırılması üzrə böyük mütəxəssisi Ernani Arqolo Çekuçi Filyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ticarətin asanlaşdırılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, ölkəmizin ixrac potensialının artırılması, bu istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, bu gün ölkəmizdə əldə olunan iqtisadi nailiyyətlərdə Dövlət Gömrük Komitəsinin də müstəsna yeri var. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində bu sahənin inkişafına yönəlmiş genişmiqyaslı tədbirlər nəticəsində təkmilləşməkdə və müasirləşməkdə davam edir. Həmçinin son dövrlərdə gömrük sahəsində reallaşdırılan innovativ layihələr, əməliyyatların asanlaşdırılması və sürətləndirilməsi,  ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi sahəsində atılan addımlar barədə məlumat verilib.

Görüşdə dövlət sərhədindən buraxılış məntəqələrində müvafiq dövlət nəzarəti üzrə fəaliyyətlərin “Bir pəncərə” prinsipi əsasında tənzimlənməsi, risklərin idarəolunması, səlahiyyətli iqtisadi operator institutunun təkmilləşdirilməsi, qanunvericiliyə dair məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

31 May 2023 21:45
195