Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşları uşaq evlərini ziyarət ediblər (FOTO, VİDEO)

Gömrük əməkdaşları uşaq evlərini ziyarət ediblər (FOTO, VİDEO)

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsinin kollektivi Bakı şəhərində yerləşən 1 və 3 saylı uşaq evlərini ziyarət ediblər.

Gömrük əməkdaşları uşaq evlərindəki şəraitlə tanış olublar, onlara uşaqların təlim-tərbiyə prosesi, asudə vaxtlarını təşkili barədə məlumat verilib. Bildirilib ki, uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, onların sosial və hüquqi müdafiəsi üçün bütün zəruri addımlar atılır.

Komitənin kollektivi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda uşaqlar üçün musiqili proqram və əyləncəli oyunlar təşkil edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 İyun 2023 10:21
195