Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib

Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib

İyunun 1-də Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük orqanlarında uzunmüddətli fəaliyyətlərinə, gömrük işinin təşkilinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Təqaüdə çıxan əməkdaşların qazandıqları təcrübələrin gənc əməkdaşlar üçün nümunə olduğu diqqətə çatdırılıb və onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulanıb.

Təqaüdə çıxan gömrük əməkdaşları – İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi Nüsrət Qurbanov və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Faiq Seyidov göstərilən diqqətə və gömrük sistemində fəaliyyətlərinə  verilən dəyərə görə minnətdarlıqlarını bildiriblər.

1 İyun 2023 11:41
195