Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan gömrükçüləri əvvəlcə Ordubad şəhər tam orta internat məktəbini ziyarət edib, şagirdlərlə səmimi görüş keçiriblər. Görüşdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev və məktəbinin direktoru Məzahir Xəlilov uşaqları bayram münasibəti ilə təbrik edib, balacalar əyləncəli vaxt keçiriblər. Məktəbin şagirdləri bayram hədiyyələri ilə sevindirilib.

Tədbirin ikinci hissəsi Naxçıvan Baş Gömrük İdarəsində davam edib. İdarənin akt zalında keçirilən tədbirdə gömrük əməkdaşlarının övladları müxtəlif oyunlarda iştirak ediblər. Əyləncəli şou proqram uşaqlar üçün tədbiri yaddaqalan edib. Sonda uşaqlara bayram münasibətilə hədiyyələr təqdim olunub.

1 İyun 2023 18:53
195