"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialında tibbi sosial aksiya keçirilib
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialında tibbi sosial aksiya keçirilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialında valideyn himayəsindən məhrum olan uşaqlar üçün tibbi sosial aksiya keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müdafiəsi zamanı canından keçən şəhidlərin əziz xatİrəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd olunub ki, məqsəd uşaqların sağlam böyüməsi üçün onları müayinə etmək, xəstəlikləri erkən aşkarlamaqdır. Həmçinin bildirilib ki, iki qurum arasındakı əməkdaşlıq çərçivəsində "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Gəncə şəhər filialında davamlı olaraq müxtəlif tibbi aksiyalar keçiriləcək.
Sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı çıxışından fraqment səsləbdirilib, balacalar ədəbi-bədii, musiqili kompozisiyalarla çıxış ediblər.
Tədbir çərçivəsində uşaqlar, həmiçinin müəssisənin əməkdaşları üçün müxtəlif mövzularda təlimlər təşkil olunub, valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşaq kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediliblər.