Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

Naxçıvan Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrin, o cümlədən “Könüllü gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər. 

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkaşlarını təlimdə aktiv olmağa dəvət edib.

Sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusuna dair təqdimatla çıxış edib. 

Təlimin sonunda auditoriyanı maraqlandıran suallar ətraflı cavablandırılıb.

8 İyun 2023 12:22
195