Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

MDB İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin yarışı başa çatıb

MDB İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin yarışı başa çatıb

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Gömrük Xidmətlərinin kinoloji bölmələrinin Gəncə şəhərində keçirilən çoxnövçülükdə birincilik üzrə XI yarışı başa çatıb.

Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız, Rusiya və Özbəkistan gömrük xidmətlərinin kinoloji bölmələri də iştirak edib.

Yarış 1 itaətetmə, 4 axtarış - narkotik vasitələrin əl yüklərində, minik avtomobillərində, yük avtomobillərində və ümumi otaq şəraitində axtarışı mərhələsindən ibarət olub. Ümumilikdə yarışlarda 10 baş xidməti axtarış iti iştirak edib.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin kinoloqları itaətetmə və əl yüklərində axtarış mərhələlərində 2-ci,  yük maşınlarında və otaq şəraitində axtarış mərhələlərində 3-cü yerə layiq görülüblər.  

Komanda hesabında Rusiya Federasiyasının təmsilçiləri 1-ci, Qazaxıstan və Azərbaycan kinoloqları isə sırası ilə 2-ci, 3-cü yerlərə layiq görülüblər. 

9 İyun 2023 18:30
195