Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

“Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir

“Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir

İyunun 12-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Sərhədlərarası elektron ticarət” mövzusunda seminar öz işinə başlayıb.

Seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində xidmət edən 25-ə qədər gömrük əməkdaşı iştirak edir. Seminarın məqsədi sərhədlərarası elektron ticarət sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, kadrların potensialının gücləndirilməsidir.

3 gün davam edəcək seminarda ÜGT-nin ekspertləri Con Kristofer Byrne və Fernando Oliveira tərəfindən elektron ticarətin asanlaşdırılması, ÜGT-nin bu sahədəki Standartlar Çərçivəsi, elektron ticarət sahəsində ödənişlər, hüquqpozma halları ilə mübarizə, müasir çağırışlar mövzularında təqdimatlar nümayiş etdiriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən də sərhədlərarası elektron ticarət mövzusunda milli təcrübəyə dair təqdimat nümayiş olunacaq. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 İyun 2023 16:38
195