Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Mərkəzi Gömrük Hospitalı şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirib

Mərkəzi Gömrük Hospitalı şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirib

İyunun 13-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax şəhər Mərkəzi Xəstəxanasında qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.

Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının 25 nəfərdən ibarət yüksəkixtisaslı tibbi heyəti, həmçinin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospitalı Yevlax şəhərinə ezam olunub. Qazi və şəhid ailələrinin üzvləri kardioloq, oftalmoloq, lor, travmatoloq cərrah, terapevt, uroloq, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, dermatoveneroloqlar tərəfindən müayinə ediləcək, Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələrindən keçiriləcək, lazımi dərman preparatları ilə təmin olunacaqlar.

Aksiya iyun ayının 14-də də davam edəcək.

13 İyun 2023 17:48
195