Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinə qan donorluğunun təşkilatçılığında fəal iştirakına görə təşəkkürnamə təqdim edilib

Dövlət Gömrük Komitəsinə qan donorluğunun təşkilatçılığında fəal iştirakına görə təşəkkürnamə təqdim edilib

14 iyun - Ümumdünya Qan Donoru Günüdür.

Ümumdünya Qan Donoru Gününün qeyd edilməsində məqsəd donor qanına olan zərurəti diqqətdə saxlamaq və insanları qan donorluğuna cəlb etməkdir.

Ümumdünya Qan Donoru Günündə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən Dövlət Gömrük Komitəsinə qan donorluğunun təşkilatçılığında fəal iştirakına və dəstəyə görə təşəkkürnamə təqdim edib.

Təşəkkürnaməni Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovdan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev qəbul edib.

Xatırladaq ki, 9 iyun 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Qan ver, ümid ol” şüarı altında qanvermə aksiyası keçirilib.

 Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirilən aksiyada 150-dən çox gömrük əməkdaşı könüllü donor olublar.

14 İyun 2023 16:06
195