Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir

Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir

Bu gün Tailand Krallığının Banqkok şəhərində Kağızsız Ticarət Şurasının ikigünlük sessiyası işə başlayıb.

Bundan öncə, iyunun 19-21 tarixlərində isə Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyası keçirilib.

Bu tədbirlərdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Hər iki tədbiri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təşkil edib. Tədbirlərin əsas məqsədi Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələləri və fəaliyyəti müəyyən etməkdir. 

Kağızsız Ticarət Şurasının sessiyasında Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsində əldə edilən irəliləyişin qiymətləndirilməsi və perspektivlərin müzakirəsi, Kağızsız Ticarət Şurasının ikinci iclasının hesabatının qəbulu və s. məsələlər nəzərdə tutulub.

Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyasında isə bu Sazişin prioritet vəzifələrinin icrası ilə bağlı müzakirələr, Sazişin həyata keçirilməsini sürətləndirmək və tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün strategiyalar və praktiki tədbirlər barədə fikir mübadiləsi aparılıb. Kağızsız Ticarət Şurasına təqdim ediləcək əsas tövsiyələr də daxil olmaqla iclasın hesabatı qəbul edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

22 İyun 2023 15:02
195