Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini ilə görüşüb

İyunun 23-də Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.

Görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.

24 İyun 2023 10:25
195