Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Məlumatda iddia olunanlar həqiqəti əks etdirmir

Məlumatda iddia olunanlar həqiqəti əks etdirmir

Məlumatda iddia olunanlara gəlincə qeyd edək ki, könüllü gömrükçülərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postundakı fəaliyyəti vətəndaş məmnunluğunun ölçülməsi ilə bağlı sorğuların aparılması, sərnişinlərin hər hansı bir sualı olduqda dərhal gömrük əməkdaşlarına yönləndirilməsi, sadələşdirilmiş bəyannamənin doldurulması ilə bağlı izahların verilməsindən ibarətdir.

Yazıda yerləşdirilən fotoşəkil isə 4 il əvvəl könüllülərin gömrük əməkdaşı mala baxış keçirərkən praktiki təcrübənin öyrənilməsi zamanı çəkilib.

16 İyun 2023 17:37
195