Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Külli miqdarda siqaretlər aşkar edilib

Külli miqdarda siqaretlər aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

24 İyun 2023 15:46
195