Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib

Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib

Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası iyunun 24-də başa çatıb.

Brüssel şəhərində, ÜGT-nin Baş qərargahında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sessiyanın son iş günündə büdcə və maliyyə məsələlərinin müzakirəsi aparılıb, ÜGT-nin Baş katibi, ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri və digər vəzifələrə, eləcə də ÜGT-nin müvafiq qurumları üzrə seçkilər keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədri vəzifəsinə Cənubi Afrika Respublikasının, ÜGT Baş katibi vəzifəsinə isə Amerika Birləşmiş Ştatlarının nümayəndələri seçiliblər.

Azərbaycan Respublikası  2023-2024-cü illər üçün ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Norveç Krallığı isə ÜGT-nin Avropa regionu üzrə sədr müavini olub.  

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi  

24 İyun 2023 19:18
195