Foto və video çəkilişlərin aparılması qaydalarına dair təlim keçirilib
Foto və video çəkilişlərin aparılması qaydalarına dair təlim keçirilib
Noyabrın 19-da gömrük əməkdaşları üçün “Hüquqpozma faktlarının aşkar edilməsi zamanı foto və video çəkilişlərin aparılması qaydaları” mövzusunda təlim keçirilib.
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil edilən təlimdə Komitənin strukturuna daxil olan ərazi və ixtisaslaşmış idarələrin aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak edib.
Təlimdə media və ictimaiyyəti məlumatlandırmaq üçün nəzərdə tutulan hüquqpozma faktları ilə bağlı foto və video çəkilişlərin aparılması qaydalarına dair təqdimat nümayiş etdirilib, çəkiliş avadanlıqlarından istifadə qaydaları, məkan seçimi və digər mövzularda məlumat verilib, praktiki məşğələlər keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi