Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Ançar

Ançar

Ançar erkək, Belçika çoban (malinua) itidir.  Yüksək enerjiyə malik Malinualar zəkası ilə tanınan ağıllı itlərdir. 
Açıq havada yaşamaq üçün uyğunlaşdırılmış, mövsümi hava dəyişikliklərinə və Belçika iqliminə xas olan müxtəlif atmosfer hadisələrinə davamlı itlərdir.

• 2018-ci ildə Bakı şəhərində MDB-nin gömrük orqanlarının kinoloji xidmətləri arasında keçirilən yarışlarda III yerə, 2019-cu ilin avqust ayında Moskva şəhərində MDB-nin gömrük orqanlarının kinoloji xidmətləri arasında keçirilən yarışlarda I yerə, 2022-ci ilin sentyabr ayında Daşkənd şəhərində MDB-nin gömrük orqanlarının kinoloji xidmətləri arasında keçirilən yarışlarda III yerə və 2023-cü ilin iyun ayında Gəncə şəhərində MDB-nin gömrük orqanlarının kinoloji xidmətləri arasında keçirilən yarışlarda III yerə layiq görülüb.  
•  2020-ci il 31 avqust tarixində Astara gömrük postunda İran İslam Respublikasından gələn  yük avtomobilinə instruktor-kinoloq Simran Nəhmətov tərəfindən Ançar vasitəsilə gömrük baxışı keçirilib. Xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda olan 22 ədəd kənd təsərrüfatı avadanlığından (kotan) 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan narkotik vasitə - heroin aşkar edilib.
 

Nailiyyətlərindən ibarət video çarx

195