Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Qraf

Qraf

Qraf erkək, labrador cinsinə məxsus itdir. Qüsursuz iybilmə qabiliyyətinə görə hüquq mühafizə və güc strukturlarında istifadə üçün ön sıralarda yer alır. 
Orta hesabla ömürləri 11-13 il, boyları 54-57 sm, çəkiləri isə 25-36 kq arasında  arasında dəyişir.  Cəld öyrənmək qabiliyyətləri var. Qoxu baxımından çox müvəffəqiyyətli bir növdür. 

•  2021-ci il 15 sentyabr tarixində Biləsuvar gömrük postunda  yük nəqliyyat vasitəsinə təlimçi tərəfindən "Qraf" ləqəbli xidməti it tətbiq edilib. Xidməti itin reaksiyası nəticəsində yük avtomobilinin qoşqusunda olan 21 paletin 6-da, ümumilikdə 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində şəffaf paketə qablaşdırılmış, maye halında, ümumilikdə çəkisi 527 kq 600 qram olan narkotik vasitə - heroin aşkar edilib. 

Nailiyyətlərindən ibarət video çarx

195