Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Lesi

Lesi

Lesi dişi, Belçika çoban itidir. 28.12.2021-ci ildə doğulub. Yüksək  zəka səviyyəsi və enerjili olmaları sayəsində malinualar hüquq mühafizə orqanları və güc strukturlarında müxtəlif funksiyaların icrası üçün ən çox tələb olunan it cinslərindən biridir. 

 

• 2023-cü il 20 aprel tarixində “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Niderland Krallığına gedən yük nəqliyyat vasitəsindəki yüklər rentgen baxış qurğusundan keçirilib. Bu zaman qurğunun müşahidə monitorunda şübhəli təsvirlərin görünməsi səbəbindən həmin yüklər “Lesi” ləqəbli xidməti itin tətbiqi ilə əsaslı şəkildə yoxlanılıb. Yoxlama zamanı  90 ədəd sarı rəngli plastik vedrələrin içərisində şəffaf sellofana yığılmış, ümumi xalis çəkisi 499 kq 204 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Nailiyyətlərindən ibarət video çarx

195