Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Volter

Volter

Volter erkək, Şərqi Avropa çoban itidir. Onlar liderliklərini sübut etmək arzusundan tamamilə məhrumdurlar və sahibinə tabe olmaq onlar üçün bir sevincdir.
Orta hesabla ömürləri 12-13 il,  boyları 62-72 sm, çəkiləri isə 34-48 kq arasında dəyişir.

•  2020-ci il 13 iyun tarixində Astara gömrük postunda İran İslam Respublikasından gələrək ölkə ərazisindən tranzit keçməklə Ukrayna Respublikasına gedən yük avtomobilinə  "Volter" ləqəbli xidməti itin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin qoşqusuna reaksiya verib. Qoşquda olan 32 ədəd paletdəki yeşiklərdə qablaşdırılan pomidor və badımcan yükü boşaldılıb və xidməti itin tətbiqi ilə yenidən yoxlanılıb. Bu dəfə isə xidməti it əsasən 11 ədəd paletdə qablaşdırılan badımcan yükünə reaksiya verib və nəticədə həmin yeşiklərin 100 ədədində "örtücü mal" qismində istifadə olunmaq məqsədilə yığılmış badımcanların altında, hər yeşikdə 2 ədəd olmaqla, ümumilikdə 200 ədəd sellofana sarınmış vəziyyətdə, düzbucaqlı formalı bağlamalarda cəmi 108 kq olan narkotik vasitə - heroin aşkar edilib.

Nailiyyətlərindən ibarət video çarx

 

195