Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Məmmədov Fuad Elxan oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Gömrük xidməti mayoru
404-22-00
fuad.mammadov@customs.gov.az
Photo
Məlumat

1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili almışdır.

2012-2013- cü illərdə hərbi xidmətdə olmuşdur. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilmişdir.

2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr təhsili almışdır.

2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsilini almışdır.

2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində  yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilmişdir.

2016-2018-ci illərdə - Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərmişdir.

2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin "Sabah" qrupları və "Beynəlxalq İqtisad Məktəbi"ndə tədris etmişdir.

2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir.

2022-2023 - cü illərdə həmin şöbənin rəisi olmuşdur.

2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.


Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilmişdir.

Rus və ingilis dillərini sərbəst bilir.

Ailəlidir, 1 övladı var.

195