Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Aslanov İsmayıl Bahadir oğlu
Maliyyə və Təchizat Idarəsinin rəisi
Gömrük xidməti polkovniki
+99412 404-22-00
ismayil.aslanov@customs.gov.az
Photo
Məlumat

02 fevral 1965-ci ildə Sabirabad şəhərində anadan olmuşdur.

1982-ci ildə Voronej Dövlət Universitetinin, İqtisadiyyat fakultəsinə qəbul olmuşdur.

1989-cü ildə həmin Universitetin İqtisadiyyat fakultəsini “İqtisadçı” ixtisası  üzrə bitirmişdir.

1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

2007-ci ildə ACCA (Beynəlxalq Mühasiblər Assosiasiyası) DipIFR Russian da Beynəlxalq Maliyyə Hesabatları üzrə diplom almışdır.

1990-2014 – cü illər ərzində müxtəlif dövlət qurumlarında (Dövlət Vergi Müfəttişliyi, Dövlət Əmlak Nazirliyi) və özəl təşkilatlarda çalışmışdır.

2014 – cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə və Təminat şöbəsi, Şöbə müdirinin müavini vəzifəsinə təyin olunmuşdur.

2015-2023 –cü illərdə İqtisadiyyat Nazirliyi, Maliyyə və Təminat şöbəsi, Şöbə müdiri vəzifəsində çalışmışdır.

2023-cü ildə İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə 1ci və 2-ci səviyyəli və maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifkatlarını almışdır.

2023-cü ildə  Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 3 (üç) övladı var.

195