Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Kənan Əsədov Elmar oğlu
Aparat rəhbərinin müavini
Gömrük xidməti polkovnik-leytenantı
+99412 404-22-00
kenan.asadov@customs.gov.az
Photo
Məlumat

1996-cı ildə Bakıda anadan olmuşdur.

2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olmuşdur. 2014-cü ildən Birləşmiş Krallığın Edinburq Universitetində  Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləmişdir.

2019 - cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlamışdır.

2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilmişdir.

2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunmuşdur.

2023-ci ilin oktyabr ayında DGK Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, bir övladı var.

195