Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Usubov Yusif Şakir oğlu
Gömrük Riskləri İdarəsinin rəisi
Gömrük xidməti baş-leytenantı
+99412 404-22-00
yusif.usubov@customs.gov.az
Photo
Məlumat

1993-cü ildə anadan olmuşdur.

2010-cu ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinə menecment ixtisası üzrə qəbul olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Prezident təqaüdü ilə təltif edilmiş və 2014-cü ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.

2014 - 2015-ci illər ərzində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın Edinburq Universitetində  Maliyyə və İnvestisiya ixtisası üzrə magistr dərəcəsi almışdır.

2016 - 2017-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında metodist, müəllim və baş müəllim vəzifələrində fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarında Statistika fənnini tədris etmişdir.

2018 - 2022-ci illərdə İspaniya Krallığında “StubHub Ebay” şirkətində analitik vəzifəsində işləmişdir.

2022 - 2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin baş inspektoru vəzifəsində çalışmışdır.

2023-cü ilin mart ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük Risklərinin İdarəolunması və Təhlili İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

2023-cü ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, bir övladı var. 

195