Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Muradov Adil Fazil Oğlu
Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi
Gömrük xidməti mayoru
+99412 404-22-00
adil.muradov@customs.gov.az
Photo
Məlumat

09 sentyabr 1990-cı ildə Bərdə rayonunun Gərənə kəndində anadan olmuşdur.

2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “İnzibati idarəetmə” fakultəsinin “Gömrük ekspertizası” ixtisasına qəbul olmuşdur. 2012-ci ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2012-2013-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

Təhsilini 2013-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakultəsinin “Gömrük işi” ixtisası üzrə magistratura təhsili ilə davam etdirmişdir.

Xidməti fəaliyyətinə 2015-ci ildə Tovuz Gömrük İdarəsinin Böyük-kəsik gömrük postunda inspektor vəzifəsində başlamışdır.

2016-cı ildə Dövlət Gömrük Komitəsinin Analitik şöbəsinin böyük inspektoru vəzifəsinə təyin olunmuşdur.

2018-2023-cü illərdə isə Analitik təhlil şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

17 oktyabr 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 1 övladı var.

195