Gömrük sistemindəki təkmilləşdirilmələr müzakirə olunub
Azərbaycanda Amerika Ticarət Palatasının Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib
İyulun 12-də Dövlət Gömrük Komitəsində Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Vergi və Gömrük Komitəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, gömrük orqanları vətəndaş və sahibkar məmnuniyyətinin təmin olunması, qərarların qəbul edilməsi prosesində xarici ticarət iştirakçılarının və digər hədəf qruplarının təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir. Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələrin biznesə faydaları, gömrük dəyəri, qısa idxal bəyannaməsi, qanunvericilik və digər mövzularda müzakirələr aparılıb, palata üzvlərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.