Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Rəhbərlik

Şirinov Natiq Telman oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Gömrük xidməti general-mayoru
+99412 404-22-05
natiq.shirinov@customs.gov.az
Photo
Məlumat
Qəbul günləri: Hər ayın I və III həftəsinin bazar ertəsi

10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.

1987-ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirmişdir.

1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1993-1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

1999-2001-ci illərdə  Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir.

2006-2011-ci illərdə “Ataholdinq” ASC-də departament direktoru vəzifəsində çalışmışdır.

2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı  ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 (üç) övladı var.

 

195