Könüllü gömrükçü

"Könüllü gömrükçü" dəstəsinə üzv olmaq istəyən gənclərin DİQQƏTİNƏ!

Azərbaycan Respublikasının "Könüllü fəaliyyət haqqında" Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin "Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında" müvafiq sərəncamına əsasən Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir. "Könüllü gömrükçü" dəstəsinə üzv olmaq müsahibə yolu ilə həyata keçirilir.

Bildiririk ki, hazırda "Könüllü gömrükçü" dəstəsi tam formalaşmışdır. "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. "Könüllü gömrükçü" dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılır. Müsahibənin dəqiq vaxtı barədə məlumat veriləcəkdir.

"Könüllü gömrükçü" dəstəsinin ehtiyyat üzvü olmaq istəyən gənclər aşağıdakı formanı doldurub Dövlət Gömrük Komitəsinə müraciət edə bilərlər. Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcəkdir.

"Könüllü gömrükçü" dəstəsinin könüllüsü kimi fəaliyyət göstərmək üçün müraciət forması

Şəxsi məlumatlar



Gomruk Könüllusu
3x4 Foto

Foto jpg,jpeg və png formatında olmalıdır.
Həcmi 3 MB artıq olmamalıdır.