Gömrük Təmsilçiliyi
Gömrük təmsilçilərinin nəzərinə!
Dolayı gömrük təmsilçiliyini fəaliyyətini həyata keçirmək istəyən hüquqi şəxslər və onların ştatında olan əməkdaşlar gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün ixtisas attestatına malik olmalıdırlar. Bununla bağlı imtahanda iştirak etmək üçün müəyyən edilmiş qaydada qeydiyyatdan keçmələri tələb olunur.
Birbaşa gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən şəxslər yalnız xarici ticarət iştirakçısının şəxsi kabineti vasitəsilə, qanunvericiliklə müəyyən edilmiş sənədləri Dövlət Gömrük Komitəsinə təqdim etməklə qeydiyyatdan keçmək üçün müraciət etməlidirlər.
Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsinə dair Metodika” sənədinə uyğun olaraq tənzimlənir. Daha ətraflı məlumat üçün KEÇİD EDİN!
Aşağıda qeyd olunan qeydiyyat formalarını doldurmadan öncə "Gömrük təmsilçiliyi üçün qeydiyyatı üçün müraciət qaydalar"ı ilə tanış olmağınız məqsədəmüvafiq hesab edilir.
Ədəbiyyat siyahısını yükləmək üçün KEÇİD EDİN!