Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası qrup oyununa qələbə ilə başladı

Dövlət Gömrük Komitəsinin komandası qrup oyununa qələbə ilə başladı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin ikinci mərhələsinin ilk qrup oyununa Dövlət Gömrük Komitəsinin komandası qələbə ilə başlayıb. 
Qeyd edək ki, ikinci mərhələyə vəsiqə qazanan16 komanda 4 qrupda mübarizə aparır. Minifutbol turnirinin qrup mərhələsini lider kimi tamamlayan, play-off qarşılaşmasını da uğurla adlayan Dövlət Gömrük Komitəsinin komandası ikinci mərhələnin ilk qrup oyununda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  komandasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 4:1 hesabı ilə Dövlət Gömrük Komitəsinin komandasının inamlı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən və 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 6-da başa çatacaq.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
 

25 Mart 2023 13:32
195