Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

DGK İdman-Sağlamlıq Mərkəzinin taekvondoçuları yarışda birinci olublar

DGK İdman-Sağlamlıq Mərkəzinin taekvondoçuları yarışda birinci olublar

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin komandası taekvondo üzrə ölkə çempionatı və birinciliyində 42 medalla birinci yeri tutub. 

Yeniyetmələr, gənclər və böyüklər arasında dekabrın 20-24 tarixlərində keçirilən yarışı Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Taekvondo Federasiyası təşkil edib. 

Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışa 890-dan çox idmançı qatılıb. O cümlədən DGK İdman-Sağlamlıq Mərkəzi turnirdə 91 idmançı ilə təmsil olunub və 11 qızıl, 15 gümüş və 16 bürünc medal qazanıb. 

Yarışda Ağcabədi komandası ikinci, “Xəzər” komandası üçüncü, “Təhsil” RİM Sumqayıt komandası dördüncü, “Qafqaz” komandası isə beşinci yeri tutublar. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

26 Dekabr 2022 09:41
195