Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İdmançımız ikinci dəfə ölkə çempionu olub

İdmançımız ikinci dəfə ölkə çempionu olub

Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ramin Süleymanzadə pauerliftinq üzrə Azərbaycan kuboku uğrunda yarışda ikinci dəfə ölkə çempionu adını qazanıb.

Çempioanat Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilib.  

DGK İdman-Sağlamlıq mərkəzinin idmançısı, 2021-ci ilin dünya çempionu Ramin Süleymanzadə 60 kq çəki dərəcəsində iştirak etdiyi bu yarışda pauerliftinqin squat hərəkətində 170 kq, benç-press hərəkətində 112 kq, deadlift hərəkətində 205 kq olmaqla, üç hərəkətin cəmində 487 kq toplayaraq ölkə çempionu elan edilib.

Bununla da idmançımız “İdman ustasına namizəd” adını qazanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 Oktyabr 2022 10:19
195