Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsinə vəsiqə qazanıb

Dövlət Gömrük Komitəsinin komandası minifutbol turnirində play-off mərhələsinə vəsiqə qazanıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirində Dövlət Gömrük Komitəsinin komandası play-off mərhələsinə vəsiqə qazanıb.
Fevralın 18-də minifutbol turnirinin  qrup mərhələsinə yekun vurulub.  Dövlət Gömrük Komitəsinin komandası sonuncu oyununu SOCAR ilə keçirib.  Gərgin mübarizə  şəraitində keçən qarşılaşma 3:0 SOCAR-ın qalibiyyəti ilə başa çatsa da, Dövlət Gömrük Komitəsinin komandası qrup mərhələsini lider olaraq yekunlaşdırıb.
Qeyd edək ki, 52 dövlət qurumunun (13 komanda)  iştirakı ilə 4 qrup üzrə keçirilən minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 6-da başa çatacaq.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

18 Fevral 2023 16:32
195