Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası play-off mərhələsində qələbə qazandı

Dövlət Gömrük Komitəsinin komandası play-off mərhələsində qələbə qazandı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirində Dövlət Gömrük Komitəsinin komandası play-off mərhələsində qələbə qazanaraq 8/1 finala adlayıb. 
Minifutbol turnirinin qrup mərhələsini lider kimi tamamlayan Dövlət Gömrük Komitəsinin komandası play-off qarşılaşmasında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin komandasını sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 7:1 hesabı ilə Dövlət Gömrük Komitəsinin komandasının inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 52 dövlət qurumunun (13 komanda)  iştirakı ilə 4 qrup üzrə keçirilən minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 6-da başa çatacaq.


 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

12 Mart 2023 11:07
195