DGK-nın komandası ikinci mərhələni qrup lideri olaraq başa vurub
DGK-nın komandası ikinci mərhələni qrup lideri olaraq başa vurub
Dövlət Gömrük Komitəsinin komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin ikinci mərhələsini qrup lideri olaraq başa vurub.
Aprelin 9-da Dövlət Gömrük Komitəsinin komandası İqtisadiyyat Nazirliyinin komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun Dövlət Gömrük Komitəsinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 6 xalla qrupa liderlik edən komandamız 1/4 finala yüksəlib.
Oyunu Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev də izləyiblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən və 52 dövlət qurumunun iştirak etdiyi minifutbol turniri 2022-ci il noyabrın 18-dən start götürüb, 2023-cü il mayın 6-da başa çatacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi