Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

İdmançımız  gümüş medal qazanıb

İdmançımız  gümüş medal qazanıb

Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş kütləvi qaçış yarışında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı Samir Hüseynov uğurla çıxış edərək gümüş medal qazanıb.

Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışda 200-dək iştirakçı mübarizə aparıb. 11 km məsafəni əhatə edən yürüşdə idmançımız finişə 44 dəqiqəyə çatıb və ikinci yerə layiq görülüb.

Qeyd edek ki, Samir Hüseynov 10 km məsafəyə qaçış üzrə ölkə üçüncüsüdür.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 İyun 2023 14:43
195