Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı bürünc medal qazanıb

Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı bürünc medal qazanıb

Türkiyənin İstanbul şəhərində yunan-Roma güləşi üzrə keçirilən dünya birinciliyində Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançısı bürünc medal qazanıb. 

41 ölkənin təmsil olunduğu yarışlarda U-17 yaş qrupunda 48 kq çəki dərəcəsində yığma komandanı təmsil edən DGK İdman-Sağlamlıq Mərkəzinin idmançısı Elnar Ziyadov gürcüstanlı güləşçiyə 8:0 hesabı ilə qalib gələrək 1/4  finala yüksəlib.

Daha sonra Asiya çempionuna 2:4 hesabı ilə məğlub olan güləşçimiz təsəlliverici görüşdə belarusiyalı idmançıya 10:0 hesabı ilə qalib gəlib.

3-cü yer uğrunda mübarizədə Avropa çempionu olan rusiyalı idmançıya 5:4 hesabı ilə qalib gələn Elnar Ziyadov Azərbaycan yığmasına bürünc medal qazandırıb.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

3 Avqust 2023 11:45
195