Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Dövlət Gömrük Komitəsinin komandası basketbol turnirində uğurla çıxış edib

Dövlət Gömrük Komitəsinin komandası basketbol turnirində uğurla çıxış edib

Dövlət Gömrük Komitəsinin komandası dövlət qurumları arasında keçirilən 3x3 basketbol turnirində uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 20 dövlət qurumunun 160 əməkdaşı mübarizə aparıb.

Kişilərin yarışında birinci yerə “Azərbaycan Hava Yolları”,  ikinci və üçüncü yerlərə müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi komandaları layiq görülüblər.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd dövlət qurumlarında çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğidir.

30 Oktyabr 2023 16:01
195