Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Azərbaycan kubokunun qalibi olub

Gömrük əməkdaşı Azərbaycan kubokunun qalibi olub

Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin əməkdaşı Ramin Süleymanzadə pauerliftinq üzrə gənclər və böyüklər arasında Azərbaycan kubokunun qalibi olub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə reallaşan yarışda Ramin Süleymanzadə 59 kq çəki dərəcəsində iştirak edib. O, “squat” hərəkətində 175 kq, “benç-press” hərəkətində 118 kq, “deadlift” hərəkətində 200 kq olmaqla, üç hərəkətin cəmində 493 kq toplayaraq qızıl medal qazanıb.

Xatırladaq ki, Pauerliftinq idman növü üzrə 2 qat dünya çempionu olan Ramin Süleymanzadə Vətən müharibəsi iştirakçısıdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

1 Oktyabr 2024 12:44
195