Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Menyu

Gömrük əməkdaşı Azərbaycan kubokunun qalibi olub

Gömrük əməkdaşı Azərbaycan kubokunun qalibi olub

Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin əməkdaşı, Gömrük İdman Sağlamlıq Mərkəzinin idmançısı Ramin Süleymanzadə pauerliftinq üzrə keçirilən yarışda 4-cü dəfə Azərbaycan kubokunun qalibi olub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə reallaşan yarışda Ramin Süleymanzadə 59 kq çəki dərəcəsində iştirak edib. O, “squat” hərəkətində 180 kq, “benç-press” hərəkətində 105 kq, “deadlift” hərəkətində 210 kq olmaqla, üç hərəkətin cəmində 495 kq toplayaraq qızıl medal qazanıb. Həmçinin idmançımız Azərbaycan kubokunun ən yaxşı 3-cü idmançısı seçilib.

Xatırladaq ki, Pauerliftinq idman növü üzrə 2 qat dünya çempionu olan Ramin Süleymanzadə Vətən müharibəsi iştirakçısıdır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

16 Sentyabr 2025 15:41
195